17 
Apr
2021
02:20
130
29
4325
Virtual karabakh

Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu

17 Apr, 2021
02:20
4325

Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bəyan edib ki, Əfqanıstanı tərk edən Birləşmiş Ştatlar ordusu resurslarını Hind-Sakit okeanı bölgəsinə yönəldəcək.

Bu barədə “RİA Novosti” məlumat verib.

O qeyd edib ki, ABŞ rəhbərliyi, ordunun vaxtını və diqqətini ХХI əsrin əsas çağırışlarına yönəltmək fikrindədir və bu çağırışlar əsasən Hind-Sakit okeanı bölgəsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən bu ölkədən çıxarılması ilə əlaqədar göstəriş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri