19 
Apr
2021
13:42
42
236
6135
Virtual karabakh

Ermənistanda hərbi xidmətin yaş həddi artırıldı

19 Apr, 2021
13:42
6135

Ermənistanda hərbi xidmətin yaş həddi artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular 63 yaşa qədər ordu sıralarında qala biləcək.

“Sputnik Ermənistan”ın məlumatına görə, ölkə parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu” qanun layihəsində bəzi dəyişikliklər qəbul edilib.

Müvafiq dəyişikliklərdə hərbçilərin yaş həddi orta hesabla beş il artırılıb.

Beləliklə, sıravi hərbçilər və gizirlərin orduda xidmət üçün son yaş həddi 55-ə, aşağı rütbəli zabit heyəti üçün 57-ə, mayor və polkovnik-leytenantlar üçün 60-a, polkovnik və yüksək rütbəli zabitlər üçün isə 63-ə qədər artırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri