21 
Apr
2021
13:42
32
107
900
Virtual karabakh

“Amnesty International”: Edamların sayı xeyli azalıb

21 Apr, 2021
13:42
900

“Amnesty International”: Edamların sayı xeyli azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə dünyada edamların sayı son on ilin ən aşağı həddində olub.

TASS-ın məlumatına görə, bu barədə “Amnesty International”ın hesabatında deyilir.

Sənədə görə, keçən il azı 483 nəfər edam edilib. 2019-cu ildə 657 belə hadisə barədə bildirilmişdi.

Qeyd edək ki, 2015-ci ildə rekord həddə – 1 634 edam qeydə alınıb.

Edamların minimum sayı ilk növbədə Səudiyyə Ərəbistanında həyata keçirilən ölüm hökmünün 85 faiz, İraqda isə yarıdan çox azalması ilə əlaqələndirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri