21 
Apr
2021
16:40
72
758
1912
Virtual karabakh

Bəşər Əsəd yenidən prezident olmaq istəyir

21 Apr, 2021
16:40
1912

Bəşər Əsəd yenidən prezident olmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın hazırkı Prezidenti Bəşər Əsəd prezident seçkilərində namizəd olaraq qeydiyyatdan keçmək üçün ölkənin Ali Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

“Ali Konstitusiya Məhkəməsi Bəşər Əsədin Suriya prezidentliyinə namizədliyinin qeydə alınması üçün müraciət ünvanladığını barədə xəbər yayıb”, - deyə Suriya parlamentinin sədri Hammud Sabaq bildirib.

Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.

Qeyd olunur ki, aprelin 19-dan etibarən Suriyanın Ali Konstitusiya Məhkəməsi prezident seçkilərində namizədliyini irəli sürmək istəyən siyasətçilərin sənəd qəbulunun başlandığını bildirib. Qeydiyyat 10 gün davam edəcək.

Konstitusiyaya görə, son 10 ildə Suriyada yaşayan, xarici pasportu olmayan 40 yaşdan yuxarı hər bir vətəndaş prezident seçkilərində namizədliyinin təsdiq edilməsi üçün Ali Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri