10 
May
2021
02:25
41
267
5350
Virtual karabakh

Lukaşenko öldürüləcəyi halda hakimiyyətin ötürülməsi ilə bağlı fərman imzalayıb

10 May, 2021
02:25
5350

Lukaşenko öldürüləcəyi halda hakimiyyətin ötürülməsi ilə bağlı fərman imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko suverenliyin və konstitusiya quruluşunun qorunması haqqında fərman imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sui-qəsd, terror aktı, kənar təcavüz və digər zorakı üsullarla öldürülməsi halında dövlət orqanlarının və onların rəhbər şəxslərinin fəaliyyəti Baş nazirin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının qərarları ilə tənzimlənir”, - deyə sənəddə qeyd olunub.

Bununla yanaşı, ölkə ərazisində fövqəladə və ya hərbi vəziyyətin elan olunması da nəzərdə tutulub.

Fərmanda bildirilib ki, bu halda Təhlükəsizlik Şurasının qərarları hər kəs üçün mütləq xarakter daşıyır və qeyd-şərtsiz yerinə yetirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri