11 
May
2021
10:39
106
19
8468
Virtual karabakh

Kuman “Barselona”nı tərk edəcək?

11 May, 2021
10:39
8468

Kuman “Barselona”nı tərk edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” klubunun baş məşqçisi Ronald Kuman cari mövsümün sonunda Kataloniya klubunu tərk edəcək.  

Bu barədə ESPN agentliyi məlumat yayıb.

Belə ki, klubun Direktorlar Şurasının bəzi üzvləri niderlandlı mütəxəssisin oyun üslubundan narazıdır.

Onlar hesab edir ki, “Barselona”nın R.Kumanın başçılığı altında nümayiş etdirdiyi oyun klubun uzunmüddətli hədəflərinə uyğun deyil.

Xatırladaq ki, Ronald Kuman 2020-ci ilin avqustundan “Barselona”nın sükanı arxasındadır.

Onun klubla müqaviləsi 2022-ci ildə başa çatır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri