16 
May
2021
04:00
18
114
1890
Virtual karabakh

Məşhur tibb jurnalında “Sputnik V” peyvəndi haqqında yazı dərc olunub

“The Lancet” elmi tibb jurnalında müxtəlif ölkələrdən olan bir qrup epidemioloq və bioloqlardan ibarət alimlər qrupunun müraciəti dərc edilib.

Açıq məktubda Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin klinik sınaqlarının üçüncü fazası üzrə qeydə alınan məlumatların doğruluğu şübhə altına alınıb.

Aralarında rusiyalı mütəxəssisin də olduğu alimlər qrupu məlumatları təhlil edərək, çoxsaylı uyğunsuzluq, qeyri-adi və şübhəli təsadüf halları aşkar ediblər. Onlar bildiriblər ki, vaksin demək olar ki, bütün yaş qrupları üzrə eyni effektivlik dərəcəsi nümayiş etdirib.

Həmçinin, üçüncü faza sınaqları qeyri-şəffaf şəkildə, dəqiq qaydalar olmadan keçirilib. Bununla yanaşı, nəticələrə dair bəzi mühüm məlumatlar, ümumiyyətlə açıqlanmayıb.

Bütün bunlar isə peyvəndin effektivliyi barədə verilən rəsmi məlumatların həqiqiliyinə kölgə salır.

Vaksin istehsalçıları da, öz növbələrində elə həmin jurnalın səhifələrində ittihamlara cavab veriblər. Onlar qeyd olunan bütün nöqsanları inkar ediblər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri