İyn
2021
15:43
366
44
15127
Virtual karabakh

Hindistanda peyvəndləmə zamanı dünyanın ən yaşlı insanı üzə çıxdı

5 İyn, 2021
15:43
15127

Hindistanda peyvəndləmə zamanı dünyanın ən yaşlı insanı üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanlı həkimlər koronavirusa qarşı vaksinasiya zamanı təsadüfən dünyanın ən yaşlı qadınını aşkar ediblər.

Bu barədə “Metro” nəşri xəbər verir.

Belə ki, Baramul şəhərində həkimlər evdə vaksinasiya aparanda xəstələrdən biri 124 yaşlı Rehti Bequm olub.

Təsadüf nəticəsində yaşı üzə çıxan Rehti Bequm 2018-ci ildən bəri Yer üzündə yaşayan ən yaşlı insan hesab edilən yapon qadın Kane Tanakadan altı yaş böyükdür. Bundan əlavə, hindistanlı uzunömürlü 1997-ci ildə 122 yaşında vəfat edən fransalı Janna Kalmandan da yaşlıdır - o, bu günə qədər yaşamış ən yaşlı insan hesab olunur.

Həkimlərin sözlərinə görə, Rehti Bequm koronavirusa qarşı peyvənd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri