İyn
2021
11:53
376
18
1618
Virtual karabakh

Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verib

6 İyn, 2021
11:53
1618

Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib: “İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə - jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri