15 
İyn
2021
05:40
13
297
7457
Virtual karabakh

Pul yığmaq üçün anasını “diri-diri basdırdı”

Rusiyanın Samara şəhərində bir şəxs anasının ölümünü səhnələşdirib.

Bu barədə “Samara” teleradiokompaniyası məlumat yayıb.

İstintaq materiallarından məlum olur ki, 41 yaşlı kişi hər şeyi əvvəlcədən planlaşdırıb.

Belə ki, o bir neçə ay iş yoldaşlarına anasının ağır xəstə olduğunu deyib, bir müddət sonra isə guya ona gələn zənglə anasının öldüyünü bildirib.

İş yoldaşları həmin şəxsə mənəvi dəstək olmaqla yanaşı həm də maddi kömək göstəriblər. Onlar 25 000 rubl (590 AZN) toplayaraq kolleqalarına veriblər. Maliyyə şöbəsindən həmin şəxsinin anasının ölüm şəhadətnaməsi istənilən zaman həqiqət üzə çıxıb.

Məlum olub ki, onun anası sağdır. Qadın baş verənlərdən xəbərsiz olduğunu deyib.

Kişi səhvini boynuna alıb və pula ehtiyacı olduğu üçün belə etdiyini bildirib. Onu iki ilə qədər həbs gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri