15 
İyn
2021
10:55
138
74
4166
Virtual karabakh

Rusiyadakı partlayışdan geriyə qalanlar - FOTO/VİDEO

15 İyn, 2021
10:55
4166

Rusiyadakı partlayışdan geriyə qalanlar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğının nəticələrini özündə əks etdirən video paylaşılıb.

NTV-nin məlumatına görə, bununla bağlı görüntüləri Rusiyanın İstintaq Komitəsi yayımlayıb.

Kadrlarda tamamilə məhv olmuş yanacaqdoldurma məntəqəsi əks olunub. Bundan əlavə, yaxınlıqdakı binalara da ziyan dəyib.

Qeyd edək ki, iyunun 15-də Novosibirskdə yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 35 nəfər yaralanıb.

İstintaq Komitəsi “Təhlükəsizlik tələblərinə cavab verməməklə xidmətlər göstərmək” maddəsi ilə cinayət işi açıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri