19 
İyn
2021
05:20
259
20
2305
Virtual karabakh

Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi

19 İyn, 2021
05:20
2305

Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya vaksinasiyadan tam keçmiş və Avropa İttifaqı dövlətlərinin vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə icazə verəcək.

Bu barədə “Dpa-international” agentliyi məlumat yayıb.

Almaniyaya səfər icazəsi səyahətin məqsədindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil ediləcək.

Hal-hazırda Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları yalnız xüsusi hallarda Almaniya Federativ Respublikasının ərazisinə daxil ola bilərlər.

Qeyd olunur ki, peyvənd sertifikatı təkcə polislərlər deyil, həm də aviaşirkətlər tərəfindən yoxlanılacaq.

Xəbərdə həmçinin bildirilir ki, Almaniya hökuməti yalnız Avropa İttifaqı tərəfindən istifadəsinə icazə verilmiş vaksinləri etibarlı(“BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) hesab edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri