19 
İyn
2021
11:09
210
227
6682
Virtual karabakh

Rusiyada sərt eniş edən təyyarənin qəza səbəbi AÇIQLANDI - YENİLƏNİB + FOTO

19 İyn, 2021
11:09
6682

Rusiyada sərt eniş edən təyyarənin qəza səbəbi AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kemerovo vilayətinin “Tanai” aerodromunda təyyarənin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, həlak olanların ikisi ekipaj üzvü, yeddisi paraşütçüdür.

Təyyarədə 17 paraşütçü və iki ekipaj üzvü olub. Ölən yeddi paraşütçüdən ikisi təlimatçı imiş.

Qeyd edilir ki, təyyarə saz vəziyyətdə olub və həmin gün dördüncü uçuşunu yerinə yetirib.

4-ü ağır, 11-i yüngül yaralanan 15 paraşütçüyə Kuzbassda tibbi yardım göstərilir.

Qeyd edilir ki, qəzaya səbəb mühərriklərdən birinin sıradan çıxması olub. Təyyarəyə aerodroma qayıtmaq əmri verilib. Əmrin icrası zamanı təyyarənin qanadları ağacların budağına dəyib və qəzaya uğrayıb.

09:40

“L-410” təyyarəsi Rusiya Federasiyasının Kemerovo vilayətinə sərt eniş edib.

“RİA Novosti” təcili yardım xidmətinin nümayəndəsinə istinadən yeddi nəfərin öldüyünü xəbər verir.

Onların ikisi pilotdur.

“Təyyarədə 20 nəfər olub, onlardan yeddi nəfəri ölüb, 13 nəfər yaralanıb”, - deyə qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri