22 
İyn
2021
09:30
135
16
2453
Virtual karabakh

Rusiyalı hücumçu: “Psixologiyamız çox zəifdir”

22 İyn, 2021
09:30
2453

Rusiyalı hücumçu: “Psixologiyamız çox zəifdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-də Danimarka tərəfindən darmadağına məruz qalan (4:1) Rusiya milli komandasının hücumçusu Artyom Dzyuba məğlubiyyəti şərh edib.

Sports.ru xəbər verir ki, 32 yaşlı futbolçu komandasının psixoloji vəziyyətindən şikayətlənib.

“Psixologiyamız çox zəifdir, təzyiq altında oynaya bilmirik. Stadionda belə bir atmosferin olması gözəldir, düşünürsən ki, oyunun alınacaq. Lakin dərhal həyəcanlanmağa başlayırıq, çəkinirik, təlaş yaranır”, - deyə “Zenit” klubunun hücumçusu bildirib.

Rusiyalı futbolçu avropalıların isə əksinə, belə vəziyyətdən həzz aldığını düşünür:

“Avropalıların mentaliteti belədir – onlar zövq alırlar. Oynayırlar, döyüşürlər. Biz isə büdrəyirik, yıxılırıq, özümüzü itiririk. Yəqin ki, onlarla fərqimiz budur”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri