İyl
2021
17:56
189
45
2841
Virtual karabakh

Lukaşenko Belarusda xaosa görə müharibə olacağını istisna etmir

8 İyl, 2021
17:56
2841

Lukaşenko Belarusda xaosa görə müharibə olacağını istisna etmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Alekandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və yüksək rütbəli zabitlərlə görüşdə çıxış edərək, indi müharibəyə əvvəlkilərdən fərqli şəkildə hazırlaşmağın lazım olduğunu deyib.

“Mükəmməl bir şəkildə başa düşürsən ki, müharibə, çox güman ki, xaricdən təcavüzlə başlamayacaq, içəridən başlayacaq, xalqımızın zehninin məhv edilməsindən başlayacaq”, - deyə “Pul_1” “Telegram” kanalı Lukaşenkonun çıxışından sitat gətirib.

Belarus lideri qeyd edib ki, əvvəlcə ölkəyə xaos səpiləcək və yalnız bundan sonra lazım gələrsə xarici qüvvələr gətiriləcək.

“Bu barədə danışmışdıq, milli təhlükəsizlik konsepsiyamızın özü budur”, - deyə Lukaşenko vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri