15 
İyl
2021
02:10
38
296
1461
Virtual karabakh

Zərif: “Sanksiyalardan sonra İranın nüvə potensialı daha çox artdı”

15 İyl, 2021
02:10
1461

Zərif: “Sanksiyalardan sonra İranın nüvə potensialı daha çox artdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ sanksiyalarının işə yaramadığını və sanksiyalardan sonra İranın nüvə potensialının daha çox artdığını bildirib.

O, 14 iyul 2015-ci ildə imzalanan nüvə anlaşmasının ildönümü ilə əlaqədar “Twitter” hesabında etdiyi paylaşımda bu barədə qeyd edib.

Zərif bildirib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama iflicedici sanksiyaların işə yaramadığını anladı. Donald Tramp isə təcrübəsiz şəkildə “maksimum təzyiq” edəcəyini düşünürdü, ancaq bu əsla baş tutmayacaq.

Sanksiyalardan əvvəl və sonra İranın nüvə müəssisələrindəki müqayisəni ifadə edən cədvəl paylaşan iranlı nazir ABŞ Prezidenti Co Baydenin bu rəqəmlərə daha yaxından baxmalı olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri