16 
İyl
2021
09:16
108
91
2562
Virtual karabakh

ABŞ Haitiyə xüsusi təyinatlılarını göndərir

16 İyl, 2021
09:16
2562

ABŞ Haitiyə xüsusi təyinatlılarını göndərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Haitiyə özünün dəniz piyadalarını göndərir. Məqsəd Birləşmiş Ştatların bu ölkədə olan səfirliyinin mühafizəsini gücləndirməkdir.

“İnterfax” xəbər verir ki, bu barədə Co Bayden Ağ Evdə Almaniya kansleri Angela Merkel ilə görüşündə bəyan edib.

C.Bayden qeyd edib ki, dəniz piyadaları ABŞ diplomatlarının təhlükəsizliyinin təminatı ilə məşğul olacaq.

Birləşmiş Ştatlar prezidenti həmçinin əlavə edib ki, Haitiyə ABŞ ordusunun göndərilməsi gündəmdə deyil.

Xatırladaq ki, iyulun yeddisi gecə saatlarında bir qrup naməlum şəxs Haiti prezidentinin iqamətgahına hücum edərək dövlət başçısı Jovenel Moizi qətlə yetirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri