28 
İyl
2021
11:24
56
157
4597
Virtual karabakh

“Delta” ştammının yayıldığı ölkələrin sayı açıqlandı

28 İyl, 2021
11:24
4597

“Delta” ştammının yayıldığı ölkələrin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun çox yoluxucu növü olan “Delta”nın yayıldığı ölkələrin sayını açıqlayıb.

TASS xəbər verir ki, bu ştammın yayıldığı ölkələrin sayı 20 iyuldan 27 iyul tarixinə qədər 124-dən 132-yə yüksəlib.

ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd edilir ki, həyəcan variantları kateqoriyasına daxil edilən dörd ştammın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “genişlənməyə davam edir”.

Son bir həftə ərzində dünyada yoluxma səkkiz faiz artıb: 3,8 milyondan çox yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Eyni zamanda ölümlə nəticələnən hadisələrin sayı 21 % artıb və bunlardan 69 mindən çoxu bir həftə ərzində qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri