Avq
2021
03:40
25
192
3000
Virtual karabakh

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi

3 Avq, 2021
03:40
3000

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ ilə birgə hərbi planını həyata keçiriləcəyi təqdirdə Koreya yarımadasında gərginliyi artıracağı barədə Cənubi Koreyaya xəbərdarlıq edib.

Bu barədə “wionews” xəbər verir.

Məlumata görə, Vaşinqton və Seul avqustun sonunda hərbi təlimlər keçirməyi planlaşdırır. Kim Yo Çjon Cənubi Koreyanın hərəkətlərini “aqressiv” adlandırıb.

“Hökumətimiz və ordumuz Cənubi Koreyalıların təcavüzkar hərbi təlimlərinə davam edib-etməyəcəkkıərini, yaxud vacib qərar vermələrini yaxından izləyəcək. Ümid yoxsa ümidsizlik? Bu, bizim işimiz deyil”, - deyə Kim Yo Çjon bildirib.

Qeyd edək ki, bundan əvvəl Şimali və Cənubi Koreya ölkələri münasibətləri bərpa etmək üçün sammit keçirmək məsələlərini müzakirə etmişdilər. İki lider əlaqələrini yenidən bərpasının yollarını araşdırıb və bu prosesdə ilk addım olaraq kəsilmiş qaynar xətləri yenidən bərpası barədə razılığa gəliblər. Ancaq bazar günü Kim Yo Çjon Şimali və Cənubi Koreya arasındakı əlaqələrə yalnız “fiziki əlaqələr” kimi baxılmalı olduğunu deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri