14 
Avq
2021
06:15
41
380
5257
Virtual karabakh

Təqsiri olmayan məhkum 50 il sonra həbsdən azad edildi - FOTO

14 Avq, 2021
06:15
5257

Təqsiri olmayan məhkum 50 il sonra həbsdən azad edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yalan və ya şübhəli ifadələrə əsaslanaraq həbs olunan məhbus 50 ildən sonra azadlığa buraxılıb.

Bu barədə “The Philadelphia Inquirer” məlumat yayıb.

Artur Conson 1970-ci ildə qətldə ittiham olunub. Müstəntiqlərə görə, onunla birlikdə olan Qery Breym mərhumu odlu silahla vurduqdan sonra o, da bıçaqlayıb.

Conson günahsız olduğunu, etirafların və imzanın polis təzyiqləri altında alındığını bildirib. Breym özü də Consonun qətldə əli olmadığını təsdiqləyib. Ancaq buna baxmayaraq, onun təqsirinin sübutu kimi, 15 yaşlı şahidin 30 saatlıq dindirilmə zamanı verdiyi ziddiyyətli ifadələr oldu.

Qətl zamanı azyaşlı olan Breym 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum edildi. Həmin vaxt 18 yaşında olan Conson isə ömürlük həbsə məhrum edilib. O, 1979-cu ildə müvəffəqiyyətsiz qaçış cəhdindən sonra isə təkadamlıq kameraya köçürülüb.

2017-ci ildə “The Abolitionist Law Center” Consonun 37 illik tək həbsxana həyatına son verdi. Dörd il sonra, Filadelfiya Dairə Prokurorluğu və məhkəmə ittiham aktında səhv və ya “çox şübhəli” ifadələr olduğunu qəbul etdi. Bundan sonra məhkum sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri