22 
Avq
2021
04:20
159
59
1727
Virtual karabakh

Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar

22 Avq, 2021
04:20
1727

Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Buryatiya respublikasında yeddi məhkum ruhi-əsəb dispanserindən qaçış təşkil edib.

Bu barədə Buryatiya səhiyyə nazirliyinin “Facebook” səhifəsi məlumat yayıb.

Qaçış zamanı dispanserdə çalışan bir tibb işçisi xəsarət alıb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri (OMON), həmçinin respublikanın Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin rəhbər şəxsləri gəlib.

Artıq məhkumların axtarışlarına başlanılıb. Sakinlərə xəbərdarlıq edilib, onlara diqqətli olmaq və uşaqlarını nəzarətsiz qoymamaq tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri