24 
Avq
2021
18:04
131
162
2255
Virtual karabakh

Rusiya koronavirus peyvəndinin tərkibini dəyişir: “Delta”ya qarşı təsirli olacaq

24 Avq, 2021
18:04
2255

Rusiya koronavirus peyvəndinin tərkibini dəyişir: “Delta”ya qarşı təsirli olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın koronavirusa qarşı hazırladığı “KoviVak” peyvəndinin tərkibi dəyişdiriləcək və yeni ştammlara, o cümlədən “Delta”ya qarşı təsirli olacaq.

Bu barədə Çumakov Mərkəzinin baş direktoru Aydar İşmuhametov “Rossiya 24”ün efirində deyib.

Onun sözlərinə görə, dərman yeni koronavirus ştammlarının ortaya çıxması nəzərə alınmaqla təkmilləşdiriləcək.

Bundan əlavə, Çumakov Mərkəzi bu ilin sentyabr ayında 60 yaşdan yuxarı insanlar üzərində “KoviVak” vaksininin klinik sınaqlarının üçüncü mərhələsinin təsdiqini gözləyir.

Xatırladaq ki, “KoviVak” peyvəndi ötən il Çumakov Mərkəzi tərəfindən Rusiyada hazırlanıb. Bu dərman Rusiya ərazisində koronavirus infeksiyasına qarşı qeydiyyata alınan üçüncü peyvənddir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri