15 
Sen
2021
21:29
366
22
3020
Virtual karabakh

Almaniyalı nazir: “Qapanma olmayacaq, ÜDM artacaq”

15 Sen, 2021
21:29
3020

Almaniyalı nazir: “Qapanma olmayacaq, ÜDM artacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya iqtisadiyyatı pandemiyadan əvvəlki ümum daxili məhsul (ÜDM) göstəricilərinə ən gec 2022-ci ilin əvvəlində qayıdacaq.

Bu açıqlama ilə Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmayer çıxış edib.

“Şübhə etmirik ki, 2021-ci ildə ÜDM artımı 3,5-3,6 faiz olacaq. İkinci rübdə ÜDM tədarük çatışmazlığı, inşaat kimi bəzi sektorlarda çətinliklərə, xəstəliyin artmasına baxmayaraq, 1,6 faiz artıb. Bu, alman iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, pandemiya çətinliklərinin aradan qaldırıldığını, inkişafın başladığını göstərir. Bu, sərmayə qoymaq istəyənlər üçün yaxşı xəbərdir”, - deyə almaniyalı nazir vurğulayıb.

Nazir əlavə edib ki, Almaniyada yeni qapanma planlaşdırılmır, ölkədə davam edən pandemiya şəraitində iqtisadiyyatın işləməsi üçün aydın çərçivələr hazırlanıb.

Mənbə: Prime.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri