16 
Sen
2021
11:54
26
167
3295
Virtual karabakh

Qatarda quraşdırılan ballistik raketlərin sınaq atəşi həyata keçirildi - FOTO

16 Sen, 2021
11:54
3295

Qatarda quraşdırılan ballistik raketlərin sınaq atəşi həyata keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Xalq Demokratik Respublikası (KXDR) 15 sentyabr tarixində raket sınağını həyata keçirdiyini təsdiqləyib.

Qeyd olunur ki, Şimali Koreya yeni yaradılan dəmir yolu raket alayının təlimini həyata keçirib.

“Raket təlimləri dəmir yolu raket sisteminin effektivliyindən əmin olmaq məqsədi ilə həyata keçirilib. Təlimlər həmçinin yeni yaradılan alayın döyüş hazırlığını və döyüş qabiliyyətini qiymətləndirmək üçün həyata keçirilib”, – rəsmi açıqlamada qeyd olunur.

Şimali Koreyanın raket sınağı barədə ilk dəfə Yaponiya mətbuatı xəbər yaymışdı. Rəsmi Tokio iddia edir ki, raketlər Yapon dənizi istiqamətinə atılıb və 800 kilometr məsafə qət etdikdən sonra Yaponiyanın müstəsna iqtisadi zonasının xaricinə düşüb.

Məlumat üçün qeyd edək ki, dəmir yolu döyüş raket sistemi (BZHRK) strateji nüvə silahlarının mobil daşıyıcısıdır.

Kompleks vaqonlarda strateji raketlərin, habelə komanda məntəqələrinin, texnoloji və texniki sistemlərin yerləşdirilməsi üçün hazırlanmış xüsusi qatardan ibarətdir.

BZHRK ilk dəfə SSRİ-də silahlanmaya alınıb, hazırda Rusiyanın silah arsenalına daxildir və dəmir yollarında “sıfır nömrəli qatar” şərti adı ilə qeyd olunur.

Mənbə: Koreya Mərkəzi Teleqraf Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri