21 
Sen
2021
08:10
61
109
3032
Virtual karabakh

Rusiyada zibil muzeyi açılıb - FOTO

21 Sen, 2021
08:10
3032

Rusiyada zibil muzeyi açılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kalininqrad vilayətində məişət tullantıları muzeyi fəaliyyətə başlayıb.

“Mu-mu-ka” (Музей Мусора Калининграда) adlanan muzeydə zibillikdən toplanan əşyalardan hazırlanmış müxtəlif eksponatlar nümayiş olunur.

Köhnə tennis topları və qoparılmış gəlincik başlarından ibarət kreslo, yararsız avtomobildən düzəldilmiş dinozavr, plastik borulardan əmələ gələn samovar bunlardan yalnız bir neçəsidir.

Muzeyin kolleksiyası iki hissəyə ayrılıb. Eksponatlardan bəziləri açıq səma altında, bəzilərisə qapalı məkanda yerləşdirlib.

Bir çox analoji müəssisələrdən fərqli olaraq, burada muzeyin qonaqlarına sərgilənən nümunələrə toxunmağa, onlarla oynamağa, hətta yerlərini dəyişməyə belə icazə verilir.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri