25 
Sen
2021
04:26
89
181
1641
Virtual karabakh

Koronavirusa qarşı iksir hazırlayan məşhur şaman eyni virusdan öldü

Şri-Lankada insanları koronavirusdan qoruyan bir iksir icad etdiyini iddia edən məşhur şaman eyni virus səbəbindən ölüb.

Ölkədə idman ulduzlardan tutmuş siyasətçilərə qədər bir çox insanı müalicə etdiyini iddia edən Eliyanza Vayt adlı hindu iksiri yuxuda gördüyünü demişdi.

O, hazırladığı qarışığın çaylara tökülməsinin Şri-Lanka və qonşu Hindistandakı pandemiyaya son qoya biləcəyini bildirmişdi.

Bir müddət öncə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən 48 yaşlı Vayt iki həftə reanimasiyada qaldıqdan sonra həyatını itirib.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri