11 
Okt
2021
09:00
82
75
3927
Virtual karabakh

İlon Mask Berlində “Tesla” fabrikinin açılışını etdi: Partidə robotların rəqsi gündəm oldu - VİDEO

Avropada ilk “Giqafabrik”i açan İlon Mask açılış mərasimində böyük şənlik mərasimi təşkil edib.

Məlumata görə, partiyə 9 min adam dəvət edilib.

Onların əksəriyyəti şirkətin yerləşdiyi Berlinin cənub-şərqindəki Qrünhayd bölgəsinin sakinləri olublar. Bunun üçün “Tesla” şirkəti şəhər rəhbərliyindən koronavirus səbəbiylə tətbiq edilən beş mindən çox şəxsin iştirak etdiyi kütləvi tədbirlərə qoyulan qadağanı aşmağa imkan verən xüsusi icazə alıb.

Partiyə gələnlər üçün əvvəlcə “Tesla”nın əsas fabrikinə ekskursiya təşkil edilib. Daha sonra isə anası Mey ilə birlikdə səhnəyə çıxan İlon Musk smartfondan alman dilində təbrik nitqi oxuyub.

Mərasimdə robotların rəqsi xüsusi diqqət çəkib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri