13 
Okt
2021
08:58
248
24
1894
Virtual karabakh

MOSSAD-ın keşmiş rəhbəri: “İran nüvə silahı əldə etməyə heç də yaxın deyil”

13 Okt, 2021
08:58
1894

MOSSAD-ın keşmiş rəhbəri: “İran nüvə silahı əldə etməyə heç də yaxın deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın keçmiş rəhbəri Yosi Koen İranın nüvə proqramını şərh edib.

“Jerusalem Post” qəzetinin təşkil etdiyi konfransda çıxış edən Koen ölkə rəsmilərinin məsələ ilə bağlı bəyanatlarını təkzib edib. O, İranın nüvə silahı əldə etməyə heç də yaxın olmadığını bəyan edib.

Xarici kəşfiyyat qurumunun eks-başçısı bildirib ki, İranın bugünədək nüvə sılahına sahib ola bilməməsi “dünyadakı bəzi güclərin bu istiqamətdəki fəaliyyətləri” sayəsində mümkün olub.

Koenin sözlərinə görə, yaxın keşmişlə müqayisədə hazırda Tehranın xarici dəstəyi xeyli azalıb və nəticədə İranın beynəlxalq mövqeyi daha da zəifləyib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri