13 
Okt
2021
08:30
243
178
3181
Virtual karabakh

NATO Rusiya ərazisində aclıq yarada bilər

13 Okt, 2021
08:30
3181

NATO Rusiya ərazisində aclıq yarada bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO Rusiya ilə gərginlik yaranacağı təqdirdə ölkənin Kalininqrad vilayətinin ərzaq və yanacaq təchizatını əngəlləyə, bununla da bölgədə aclığa səbəb ola bilər.

Bunu hərbi ekspert Devid Eks “Forbes” nəşrində dərc olunan məqaləsində bəyan edib.

Onun sözlərinə görə, vaxtilə Almaniya ərazisi olmuş və II Dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçmiş Kalininqrad hazırda NATO sərhədləri çərçivəsində faktiki olaraq yeganə Rusiya hərbi bazasıdır. Eksklavın hər kvadratmetri silah-sursatla doludur.

Hərbi ekspert bu yaxınlarda Estoniyanın İsraildən 320 km məsafəli “Blue Spear” qanadlı raketlərini almaqla Baltik dənizində təkcə müdafiə deyil, həm də hücum imkanları əldə etdiyini, gərginlik zamanı Rusiya ilə Kalininqradın hava və dəniz əlaqəsini kəsə biləcəyini, hətta Sankt-Peterburqu da vura biləcəyini qeyd edib.

Mənbə: “Forbes”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri