14 
Okt
2021
18:44
805
27
2693
Virtual karabakh

Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır

14 Okt, 2021
18:44
2693

Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək kütləvi aksiyanın iştirakçıları Azadlıq meydanında toplaşmağa başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda aksiyaçılar bir neçə istiqamətdən “Mişa!” şüarı səsləndirərək meydana doğru yürüş edirlər.

Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqdə müxalifətçilər və sabiq prezidentin tərəfdarları iştirak edirlər.

“Mişaya azadlıq!” şüarlı mitinqə müxtəlif bölgələrdən çoxsaylı iştirakçılar qatılıb.

Aksiyada M.Saakaşvilinin müraciəti oxunacaq.

Mitinqlə bağlı şəhərin Respublika meydanından Azadlıq meydanına qədər olan mərkəzi avtomobil yolu bir neçə saat öncə bağlanıb. Meydan ətrafına əlavə polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri