19 
Okt
2021
06:30
211
19
4288
yuxarı
Dörd gün səhrada susuzluq: Möcüzəvi şəkildə sağ qaldılar - FOTO
19 Okt, 2021
06:30
4288
211
19
Dörd gün səhrada susuzluq: Möcüzəvi şəkildə sağ qaldılar - FOTO
Avstraliyanın şimal kəndlərində bataqlıqda qalan və günlərlə susuzluqdan əziyyət çəkən iki nəfərin sağ qalması möcüzə kimi qiymətləndirilib.
Belə ki, 21 yaşlı Şaun Emitja və 14 yaşlı Maheş Patrik qırmızı qumla örtülmüş 4 saatlıq yolu avtomobilləri ilə keçmək istəyiblər.
Onlar geri qayıtmadıqlarına görə, həmin şəxslərin itkin düşməsi barədə polisə xəbər verilib.
Quruda və havada axtarış aparan xilasetmə qrupları onları dörd gün sonra tapa biliblər.
Məlum olub ki, həmin şəxslər gecəni bataqlıqda sıxışan avtomobildə qalıblar, gündüz isə səhralaşmış ərazilərdən keçərək, günlərlə səhv istiqamətdə gedərək su axtarıblar. Onların bu müddətdə susuzluğa rəğmən sağ qalmaları təəccüblə qarşılanıb.
Mənbə: BBC
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək