19 
Okt
2021
11:26
13
338
6263
Virtual karabakh

Məsciddə 63 nəfərin həyatını itirdiyi terrorun kadrları yayımlanıb - VİDEO

19 Okt, 2021
11:26
6263

Məsciddə 63 nəfərin həyatını itirdiyi terrorun kadrları yayımlanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərindəki məsciddə baş verən dəhşətli partlayışın və gülləbaranın görüntüləri yayılıb. 

Təqdim olunan kadrlardan aydın görünür ki, terror aktını əvvəl məscidin mühafizəçilərinə atəş açan üç terrorçu həyata keçirib.

Görüntülərdə məscidin silahlı mühafizəçilərindən birinin binaya daxil olaraq özünə mövqe tutmağa çalışdığı əks olunub.  

Onun arxasınca məscidə daxil olan üç intiharçı isə özlərini partladaraq planlaşdırdıqları terror aktını həyata keçiriblər.

Xatırladaq ki, Əfqanıstanda intiharçı terrorçunun cümə namazı zamanı özünü partlatması nəticəsində 63 nəfər həyatını itirib, 80 nəfərdən çox insan xəsarət alıb.

Mənbə: “Militarist” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri