22 
Okt
2021
08:40
213
19
1459
Virtual karabakh

Hesabları bloklanan Tramp özü sosial media yaradır

22 Okt, 2021
08:40
1459

Hesabları bloklanan Tramp özü sosial media yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən aylarda keçirilən prezident seçkilərində məğlub olan keçmiş ABŞ prezidenti Donald Trampa o vaxtki yazılarına görə sosial media nəhəngləri tərəfindən veto qoyulmuşdu.

Sosial media hesabları bağlanan Tramp öz sosial media tətbiqini aktivləşdirmək üçün işə başlayıb.

Trampın gələn ay istifadəyə veriləcək “TRUTH Social” proqramı “Trump Media və Technology Group” və bu məqsədlə alınan bir şirkətin birləşməsi ilə yaradılacaq.

Yeni şirkətin hər kəsə fikirlərini bölüşmək imkanı vermək üçün qurulduğunu vurğulayan Tramp bildirib ki, “Tezliklə “TRUTH Social” haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə aparacağım üçün çox həyəcanlıyam”.

“TRUTH Social”ın gələn ay “seçilmiş dəvətlilərlə” işə başlayacağı və 2022-ci ilin birinci rübündə istifadəçilərlə görüşəcəyi planlaşdırılır.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri