27 
Okt
2021
05:56
30
201
1640
Virtual karabakh

Braziliya prezidentinin peyvəndlərin infeksion xəstəlik yaratdığı iddiasına görə kanalı bağlandı

27 Okt, 2021
05:56
1640

Braziliya prezidentinin peyvəndlərin infeksion xəstəlik yaratdığı iddiasına görə kanalı bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Youtube” Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə qismən bağlayıb. Şirkətin açıqlamasına görə bu addım dövlət başçısının dəfələrlə qaydaları pozmasına görə atılıb.

Bildirilir ki, Bolsonaru sözügedən videoda koronavirusa qarşı peyvəndlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edib. O, həftəlik canlı yayımı zamanı Böyük Britaniyada koronavirusa qarşı peyvənd edilmiş insanlara sonradan QİÇS diaqnozu qoyulduğunu iddia edən bir nəşrdən sitat da gətirmişdi.

Bolsonaronun bu çıxışı “Facebook”a məxsus platformalardan da silinib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri