29 
Okt
2021
01:27
12
161
976
Virtual karabakh

BMT: Dünyada məcburi köçkünlərin sayı ən yüksək göstəriciyə çatıb

29 Okt, 2021
01:27
976

BMT: Dünyada məcburi köçkünlərin sayı ən yüksək göstəriciyə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada baş verən münaqişələr nəticəsində nəticəsində qaçqınların sayı 48 milyon nəfərə çatıb.

Bu barədə BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari təşkilatın Baş Assambleyanın Üçüncü Komitəsində çıxışı zamanı bildirib:

“Silahlı qarşıdurma və zorakılıq nəticəsində öz yerlərini tərk etmiş insanların sayı dünyada 48 milyona çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir”.

Bundan əlavə, xüsusi məruzəçinin fikrincə, “silahlı münaqişənin və tətbiq olunan zorakılığın getdikcə mürəkkəbləşən xarakteri kontekstində” beynəlxalq humanitar və insan hüquqları qanunlarına riayətin təmin edilməsi getdikcə çətinləşir.

Ximenez-Damari əlavə edib ki, mövcud vəziyyət təbii fəlakətlərin tez-tez baş verməsi, eləcə də pandemiya ilə daha da ağırlaşa bilər.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri