28 
Okt
2021
11:16
294
22
2017
Virtual karabakh

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib - FOTO

28 Okt, 2021
11:16
2017

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güney Azərbaycanın Həmədan və Zəncan şəhərlərində, həmçinin Qərbi Azərbaycan əyalətləri və İranın bir neçə digər şəhərində məhkəmə orqanlarının əməkdaşları etiraz aksiyası keçiriblər.

Məhkəmə binalarının qarşısına toplaşan narazı məhkəmə işçiləri hökumətdən əməkhaqlarının artırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Onlar qaldırdıqları sosial tələblərə hökumət tərəfindən biganə münasibət sərgilənməsinə etiraz ediblər.

Məhkəmə işçiləri aksiya zamanı bildiriblər ki, ölkədə hökm sürən inflyasiya ilə aldıqları əməkhaqqı arasında mütənasiblik yoxdur.

Məhkəmə işçiləri mövcud sosial durumdan narazılıqlarını ifadə ediblər.

Narazı aksiya iştirakçıları həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, xüsusi imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının təmin edilməsini istəyiblər.

Etirazçılar bunu ayrı-seçkilik kimi dəyərləndirib, bunun aradan qaldırılmasını tələb ediblər.

Mənbə: Ekhtebar.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri