10 
Noy
2021
14:04
137
15
1013
Virtual karabakh

Torontoda “Zəfər bayrağı” adlı informativ tədbir keçirilib - FOTO

10 Noy, 2021
14:04
1013

Torontoda “Zəfər bayrağı” adlı informativ tədbir keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bayrağı” adlı informativ tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan təntənəli tədbirdə Kanadada yaşayan 300-ə yaxın soydaşımız, eləcə də Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyənin Torontodakı baş konsulu Sinem Mingan, Moldovanın Torontodakı baş konsulu George Oprea, Albaniyanın Torontodakı baş konsulu Genc Tirana, Kanada parlamentinin üzvü Korneliu Çisu, Kanadanın Ontario əyalətinin keçmiş deputatı, vətəndaşlıq və multikulturalizm naziri Toni Ruprext və bir sıra digər mötəbər qonaqlar iştirak ediblər. 

Əvvəlcə Azərbaycan və Kanadanın dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təbrikindən sonra qonaqlara “Təbriz” ansamblının ifasında milli musiqi və rəqs nümunələrimiz təqdim edilib. 

Tədbirdə Azərbaycan bayrağının tarixi, Qarabağ müharibəsinin xronologiyası haqqında video, habelə uzun illər Kanadada yaşamış mərhum bəstəkar Adil Bəbirovun Qarabağ musiqisinə həsr edilmiş “Karabakh is Azerbaijan” videosu nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri