14 
Noy
2021
05:17
24
426
2439
Virtual karabakh

UNICEF Əfqanıstanda uşaq nikahlarının sayının artması barədə xəbərdarlıq edib

14 Noy, 2021
05:17
2439

UNICEF Əfqanıstanda uşaq nikahlarının sayının artması barədə xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Əfqanıstanda uşaq nikahlarının sayının artmasından narahatdır.

Bu barədə UNICEF-in icraçı direktoru Henrietta For bildirib.

“Əfqanıstanda uşaq nikahlarının sayının artması ilə bağlı xəbərlərdən dərin narahatam... Biz ailələrin cehiz müqabilində 20 günlük qız övladlarını gələcək evlilikləri üçün təklif etdikləri barədə etibarlı xəbərlər almışıq”, - deyə For bildirib.

UNİCEF-də qeyd edilir ki, Əfqanıstanda erkən nikah kimi geniş yayılmış fenomen qadınlara qarşı məişət zorakılığına və ayrı-seçkiliyə, nəticədə həm də psixoloji problemlərə səbəb ola bilər. Təşkilatın hesablamalarına görə, 15-49 yaş arası əfqan qadınlarının 28 faizi 18 yaşından əvvəl evlənib.

UNİCEF-in məlumatına görə, Əfqanıstandakı əlverişsiz iqtisadi vəziyyət getdikcə daha çox ailəni qızları erkən yaşda evləndirməyə və ya uşaqlarını işə göndərməyə məcbur edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri