14 
Noy
2021
06:20
25
369
3943
Virtual karabakh

Real həyatda heç vaxt görüşmədiyi oğlanla “Zoom” vasitəsi ilə ailə həyatı qurdu - FOTO

14 Noy, 2021
06:20
3943

Real həyatda heç vaxt görüşmədiyi oğlanla “Zoom” vasitəsi ilə ailə həyatı qurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 yaşlı britaniyalı qız “Zoom” proqramı vasitəsi ilə tanış olduğu, lakin real həyatda heç vaxt görmədiyi 24 yaşlı ABŞ vətəndaşı ilə nikaha daxil olub.

Aişə adlı qız lokdaun dövründə evdə darıxmamaq üçün müxtəlif internet icmalarla onlayn təmaslar qurub və belə görüşlərin birində Darri adlı oğlanla tanış olub.

Nəticədə sevgililər münasibətlərini rəsmiləşdirmək qərarı veriblər.

Darri evlilik təklifini məhz “Zoom” vasitəsi ilə edib.

Cütlüyün nikah mərasimi də “Zoom” proqramı vasitəsi ilə həyata keçirilib.

“Biz ailə həyatı qurmuşuq və hər şey tamamilə qanuni və rəsmidir. Mən hələ də buna inana bilmirəm”, - Aişə bildirib.

Aişə bildirib ki, o, Darri üçün çox darıxır və tezliklə real həyatda görüşməyə çalışacaqlar.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri