21 
Noy
2021
02:30
35
262
2579
Virtual karabakh

Çin Əbu-Dabidə gizli hərbi obyekt tikib?

21 Noy, 2021
02:30
2579

Çin Əbu-Dabidə gizli hərbi obyekt tikib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, Çin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı liman bölgəsində gizli şəkildə hərbi obyekt tikib.

Mənbələrə görə, təxminən bir il əvvəl ABŞ rəsmiləri Əbu-Dabi yaxınlığındakı Xəlifə limanında “şübhəli Çin fəaliyyəti” ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıblar.

Qeyd edilir ki, bu ilin yazında məxfi peyk görüntüləri ABŞ rəsmilərinə Çinin limanda hərbi obyekt tikdiyi qənaətinə gəlməyə imkan verib.

ABŞ prezidenti Co Bayden administrasiyası BƏƏ-ni obyektin hərbi məqsəd daşıdığına və tikintisinin dayandırılmasına inandırmaq üçün fəal diplomatik səylər göstərib.

ABŞ rəsmilərinin BƏƏ-yə bir sıra görüşləri və səfərlərindən sonra obyektin tikintisinin dayandırıldığı bildirilir.

Mənbə: Wall Street Journal

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri