22 
Noy
2021
11:02
119
97
4828
Virtual karabakh

ABŞ-da terror törədən şəxs ələ keçdi, fotosu yayıldı - FOTO/VİDEO

22 Noy, 2021
11:02
4828

ABŞ-da terror törədən şəxs ələ keçdi, fotosu yayıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Viskonsin ştatında avtomobili kütlənin üzərinə sürən və insanlara odlu silahdan atəş açan şəxsin fotosu yayılıb.

Saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən dindirildiyi bildirilir. Hələlik onun adı və soyadı ictimailəşdirilmir.

Xatırladaq ki, 37 yaşlı afroamerikalı Milad paradında idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb, daha sonra isə insanlara atəş açmağa başlayıb. Nəticədə azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, bir nəfərin həlak olduğu bildirilir. Yaralılardan yeddi nəfərin vəziyyətinin kritik olduğu qeyd olunur.

09:38

ABŞ-ın Viskonsin ştatında hələlik adı açıqlanmayan afroamerikalı Milad paradında idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb, daha sonra isə insanlara atəş açmağa başlayıb.

Nəticədə azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, bir nəfərin həlak olduğu bildirilir.

Yaralılardan yeddi nəfərin vəziyyətinin kritik olduğu qeyd olunur.

Artıq polis hücumu həyata keçirən şəxsi saxlayıb.

İlkin məlumata görə, onun 37 yaşı var. Cinayətkar əvvəllər məişət zorakılığı və qanunsuz odlu silah saxlamaq ittihamları ilə məhbus həyatı yaşayıb.

Mənbə: WISN12

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri