22 
Noy
2021
21:39
441
21
1458
Virtual karabakh

Həkim-endokrinoloq: “Saakaşvilinin həyat göstəriciləri yaxşılaşır”

22 Noy, 2021
21:39
1458

Həkim-endokrinoloq: “Saakaşvilinin həyat göstəriciləri yaxşılaşır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aclıq aksiyasını dayandırdığı üçüncü gündə Mixail Saakaşvilinin səhhəti sabitləşib.

Bunu Gürcüstan Səhiyyə Nazirliyinin həkimlər şurasının üzvü, endokrinoloq Elene Qiorqodze Qori hospitalında Gürcüstanın keçmiş prezidentini müayinə etdikdən sonra bəyan edib.

O, siyasətçinin analiz cavablarının tədricən yaxşılaşdığını və gələn həftənin bazar ertəsindən etibarən üç həftəlik xüsusi pəhriz rejiminə keçiriləcəyini bildirib.

Həkim hazırda xəstənin intensiv terapiya şöbəsində olduğunu, həm həkimlərin, həm də Saakaşvilinin vəziyyətdən razı qaldığını vurğulayıb.

Qiorqodze eks-prezidentin fiziki zəifliyinə təəccüblənməməyi məsləhət görüb və 50 günlük aclığın fəsadsız keçməsinin mümkünsüzlüyünü qeyd edib.

Xatırladaq ki, müalicədən sonra Saakaşvili yenidən Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə aldığı toplam 6 illik həbs cəzasını çəkməyə davam edəcək.

Həbs müddəti onun saxlanıldığı oktyabr ayının 1-dən hesablanır. Bu müddətin artacağı istisna deyil. Belə ki, hazırda məhkəmədə onunla bağlı daha üç işə baxılır. Onlardan təkcə biri üzrə maksimal həbs müddəti 9 il təşkil edir.

Mənbə: “Sputnik Georgia”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri