27 
Noy
2021
02:34
291
45
2058
Virtual karabakh

Britaniya “Rusiya ilə müharibə olacağı təqdirdə” Almaniyaya hərbi texnika göndərəcək

27 Noy, 2021
02:34
2058

Britaniya “Rusiya ilə müharibə olacağı təqdirdə” Almaniyaya hərbi texnika göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya Rusiya ilə hipotetik müharibə olacağı təqdirdə Almaniyaya yüzlərlə hərbi texnika göndərməyi planlaşdırır.

Bu barədə Britaniya quru qoşunlarının komandanı general-leytenant Ralf Vuddis deyib.

Rəsmi London orduda genişmiqyaslı transformasiya fonunda üç yeni hərbi baza (Almaniya, Keniya və Omanda) yaratmaq niyyətindədir.

“Çox sayda zirehli texnika ötürəcəyimiz Almaniyaya xüsusi diqqət yetirirəm”, - deyən hərbçi bunun La-Manş boğazı boyunca əlavə qüvvələrin daşınmasının asanlaşdıracağını bildirib.

Qlobal hərbi qüvvələr əlavə motoatıcı, istehkamçı və logistika batalyonları, artilleriya batareyası, eləcə də yeni "Apache" və "Chinook" helikopterləri ilə gücləndiriləcək.

Onun sözlərinə görə, yeni bölmələrə “Challenger 3” tanklarının, “Boxer” zirehli nəqliyyat vasitələrinin, “Ajax” döyüş maşınlarının, artilleriya və minalardan təmizləmə maşınlarının və pilotsuz təyyarələrin təkmilləşdirilmiş versiyaları daxil olacaq.

“Rusiya ilə müharibə olacağı təqdirdə” 250 nəfərdən çox briqadanın yerləşdiriləcəyi güman edilir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri