4 
Dek
2021
02:53
288
30
3699
yuxarı
“Omikron” ştammı pandemiyanın sonu ola bilər
4 Dek, 2021
02:53
3699
288
30
“Omikron” ştammı pandemiyanın sonu ola bilər
Yoluxucu xəstəliklər üzrə mütəxəssis “omikron” ştammını pandemiyanın sona çatmasının əlaməti adlandırıb.
Bunu Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin yoluxucu xəstəliklər və epidemiologiya kafedrasının müdiri Vladimir Nikiforov bildirib.
“Cənubi Afrikada yaranan yeni ştam nəzərəçarpacaq dərəcədə daha yoluxucudur/ Lakin bu variant az hallarda ağır formalara səbəb olur və ağciyərlərə ciddi ziyan vurmur. Düşünürəm ki, bəlkə də bu, kabusun sonunun başlanğıcıdır”, - deyə Nikiforov bildirib.
O, həmçinin qeyd edib ki, “omikron” daha çox insanı yoluxduracaq, lakin xəstəlik daha yüngül keçəcək.
Mənbə: moslenta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək