12 
Dek
2021
04:30
158
29
3520
Virtual karabakh

ABŞ-da təyyarəni qaçırmaq istəyən şəxsin məqsədi sirli “51-ci Bölgə”yə eniş etmək olub - VİDEO

12 Dek, 2021
04:30
3520

ABŞ-da təyyarəni qaçırmaq istəyən şəxsin məqsədi sirli “51-ci Bölgə”yə eniş etmək olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Las-Veqas şəhərində bir nəfər kişi “51-ci Bölgə” adı ilə məşhur olan əraziyə getmək məqsədi ilə təyyarəni qaçırmağa cəhd edib.

Hadisə Mak-Karran Beynəlxalq aeroportunda baş verib.

Polis şübhəli şəxsi hava limanında həbs edib.

Qeyd olunur ki, saxlanılan şəxs avtomobili qaçıraraq nəqliyyat vasitəsi ilə hava limanının polad darvazalarını sındıraraq təyyarənin eniş etdiyi yerə yaxınlaşıb və orada bombaya bənzər konstruksiya quraşdırmağa cəhd edib.

“Məndə lənətə gəlmiş bomba var. Mən buranı partladacağam” – deyə saxlanılan şəxs qışqırıb.

Hadisə şahidlərinin sözlərinə görə, o, kloun maskası taxıb. Hadisə yerinə gələn polislər onu saxlayıb.

Onun avtomobilində axtarış zamanı oksigen balonuna bənzəyən bir cihaz və qalın məftillər sarınmış yanğınsöndürən balon aşkar ediblər.

Qeyd edək ki, “51-ci Bölgə” adlanan məkan haqqında bu günə qədər bir çox fikir səslənib.

Bunlardan ən məşhuru burada yadplanetlilərin araşdırılmasıdır. 1947-ci ildə yaşanan “Roswell UNO” qəzası sonrası tapılan yadplanetli cəsədinin bölgədə saxlanıldığı iddia edilir.

“51-ci Bölgə” də tam olaraq nəyin araşdırıldığı bilinməsə də ərazidə yadplanetlilərlə bağlı araşdırmalar aparıldığı söz-söhbətləri dillərdən düşmür.

Bölgə ilə bağlı açıqlama verən şəxslər isə hökumət tərəfindən susdurulur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri