24 
Dek
2021
20:15
214
171
2305
Virtual karabakh

Ermənistan aviaşirkəti İrəvan - İstanbul reysi üçün ərizə təqdim edib

24 Dek, 2021
20:15
2305

Ermənistan aviaşirkəti İrəvan - İstanbul reysi üçün ərizə təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Flyone Armenia” şirkəti Ermənistanın Mülki Aviasiya Komitəsinə İrəvan - İstanbul və əks istiqamətdə reyslərin həyata keçirilməsi üçün sorğu göndərib.

Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.

O bildirib ki, sorğu müəyyən edilmiş meyarlara cavab verərsə, təsdiqlənəcək və aviaşirkət həmin istiqamətdə uçuşlar həyata keçirə biləcək.

Qurumun sözçüsü vurğulayıb ki, nazirlik uçuşların bərpasına heç bir maneə görmür. Belə ki, hazırkı hədəflərdən biri hava marşrutlarının coğrafiyasını genişləndirmək və sərnişin axınını artırmaqdır.

Onun sözlərinə görə, İrəvanla Ankara arasında diplomatik münasibətlərin olmadığı, həmçinin müvafiq aviasiya müqavilələrinin imzalanmadığı nəzərə alınmaqla, uçuşlar qeyri-müntəzəm olacaq.

Arutyunyan əlavə edib ki, Türkiyə aviaşirkətləri bu reysin həyata keçirilməsi üçün Ermənistanın aviasiya qurumuna müraciət etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri