11 
Yan
2022
11:48
158
28
3474
Virtual karabakh

Ermek Niyazov: “Ordu və MTK Tokayevin göstərişlərini sabotaj etdi” - MÜSAHİBƏ

11 Yan, 2022
11:48
3474

Ermek Niyazov: “Ordu və MTK Tokayevin göstərişlərini sabotaj etdi” - MÜSAHİBƏ

Qazaxıstan xüsusi xidmət orqanları arasında əcnəbi vətəndaşların da olduğu iki islamçı hücrənin iştirakçılarının məğlubiyyəti barədə məlumat yayıb. Ümumilikdə Qazaxıstanda saxlanılanların sayının minlərlə olduğu bildirilir. Qazaxıstan Respublikasının dövlət katibi Yerlan Karin ölkədə baş verənləri “sabitliyi pozmaq və çevriliş məqsədi daşıyan hibrid hücum” adlandırıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz növbəsində hesab edir ki, Qazaxıstanda baş verən iğtişaşlar dövlət çevrilişinə cəhd olub və hadisələr bir mərkəzdən koordinasiya edilib. Qazaxıstan prezidenti həmçinin Qazaxıstandakı iğtişaşlarda terrorçuların, o cümlədən xarici döyüşçülərin birbaşa iştirakını açıqlayıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi iğtişaşların iştirakçıları arasında qaynar nöqtələrdə döyüş təcrübəsi olan şəxslərin olduğunu bildirib. Görünür, radikal islamçılar nəzərdə tutulur.

Qazaxıstanlı ekspert Ermek Niyazov Oxu.Az-a şərhində qeyd edib ki, Qazaxıstanda baş verən son hadisələrdə islamçı iz açıq-aydın görünür:

- Amma birmənalı şəkildə demək istəyirəm və indi bu ən vacib olandır - ölkəmizdə vəziyyət sabitləşib. Hökumət də güzəştə getdi və xalq heç bir halda vətəndaş qarşıdurmasında maraqlı deyil.

Bununla belə, suallar yerində qalır. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) islamçıların “yatmış” hücrələri ilə məşğul deyilsə, nəyə lazım idi? Amma bu “saqqallıları” axtarmaq lazım deyil. Bazarlar, məscidlər onlarla doludur. İndi maraqlı budur ki, onların heç biri küçələrdə görünmür.

- KTMT haqlı olaraq dəvət edildi?

- Düşünürəm ki, ordu və MTK Prezident Kasım-Jomart Tokayevin birbaşa göstərişlərini sabotaj etdiyi, Nursultan Nazarbayevdən əmr gözlədiyi bir şəraitdə bu, yeganə düzgün qərar idi. Və onun harada olduğu bilinmirdi. Bu, hələ də məlum deyil.

- Demək olarmı, radikal islamçılar dinc aksiyalardan yararlandılar və bundan sonra iğtişaşlar, soyğunçuluq başladı?

- İslamçılara gəlincə, onların bu cəhdi təbii ki, qəribə görünürdü. Amma Suriyada da eyni prosesi gördük. Soyğunçuluq onların mentalitetinin bir hissəsidir. Qazaxlar isə Avrasiya xalqıdır, yəni qayda-qanun adamlarıdır.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri