14 
Yan
2022
17:36
111
23
2649
Virtual karabakh

Casus savaşı: Britaniyanı qarışdıran çinli kimdir? – ŞƏRH + FOTO

14 Yan, 2022
17:36
2649

Casus savaşı: Britaniyanı qarışdıran çinli kimdir? – ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni siyasi və strateji resurs qazanmaq yolunda beynəlxalq rəqabətin şiddətləndiyi bir zamanda Böyük Britaniya ilə Çin arasında kəşfiyyat müharibəsi özünü aşkar şəkildə göstərir.

Çin dünya nizamının “format” olunduğu dövrdə alternativ modelə əsaslanan güc faktoruna çevrilməsi üçün rəqib ölkələrin siyasi-iqtisadi sistemlərinə müdaxiləsini genişləndirir.

Son zamanlar Çinin Böyük Britaniya ilə kəşfiyyat savaşı başlatdığını müşahidə edirik, Britaniya kəşfiyyatı bunun ştrixlərini belə izah edir: Pekin casus şəbəkəsinin potensialını işə salaraq Britaniyaya qarşı genişmiqyaslı fəaliyyətə başlayıb.

Çinin addımları qarşılıqlı kəşfiyyat fəaliyyətinin təzahürüdür, belə ki, hazırda Britaniya Çinin Tayvanla bağlı siyasətinin kəskin tənqidçisi qismindədir. Bu, onun dəlilidir ki, Britaniya özünün Çindəki “kölgə kəşfiyyatları”nın hərəkətə keçməsi üçün düyməyə basıb.

Hər iki ölkənin ali kəşfiyyat orqanlarının hibrid müharibəsinin səbəblərindən danışarkən Çinin artan ekspansiyasının inadkar olmasına diqqət çəkmək lazımdır.

Eyni zamanda Çin özü Londonun xarici siyasət istiqamətlərinin perspektivini özündə əks etdirən “Qlobal Britaniya” strategiyasını özünə qarşı təhlükə kimi dəyərləndirir.

Çin ABŞ-Britaniya-Hindistan-Yaponiya dördlüyündən ibarət ittifaqı özünə təhdid olaraq görür. Bu ideyaların “fikir atalarının” Britaniya olduğunu dərk edir.

Çinin Britaniya siyasətçiləri üzərində təsir mexanizmləri yaratması isə Pekin kəşfiyyatının xarici istiqamətlərində prioritet kimi keçir.

Tərəflərin bir-birinə qarşı mübarizəsinin güclənməsi deməyə əsas verir ki:

1. Bir-birlərində boşluqları müəyyən edə biliblər,

2. Hər bir tərəfdə kiber fəaliyyət güclənib, ən müasir texnologiyalar əhəmiyyətli dərəcədə çoxalıb.

Çinin Britaniyada siyasətçilərini ələ alma mexanizmi Britaniyada siyasətçilərin, deputatların həssas nöqtə olduğunu göz önünə qoyur, Çinin isə zəif bəndi məhz Tayvanda yaranıb.

Britaniya kəşfiyyatı ölkə parlamentinin deputatlarını xəbərdar edib ki, Çin Kommunist Partiyası adından siyasi fəallıq göstərən Kristin Li Çin kəşfiyyatı ilə əlaqəlidir.

Hələlik hər hansı siyasətçinin Çin xüsusi xidmət orqanlarının fəaliyyətinə cəlb edilməsi faktı ortaya qoyulmayıb, amma xəbərdarlığın məğzi göstərir ki, Çin bu fəaliyyətinin formasını dəyişib planlarından əl çəkməyəcək.

Kristin Li barəsində

Böyük Britaniyada Çinin siyasi nüfuz dairəsini yaratmaq üçün çalışmaqda ittiham edilən Li hələlik məsuliyyətə cəlb olunmayıb.

Londonda, Birminhemdə hüquq firmaları olan xanım Linin fəaliyyəti üçün lazım olan maliyyəni Çin və Honq Konqda məskunlaşan xarici vətəndaşlardan aldığı bildirilir.

O, Böyük Britaniyanın siyasi mənzərəsinin Çinə əlverişli olmasını təmin etmək üçün nüfuzlu şəxslərlə münasibətləri inkişaf etdirməkdə ittiham olunur.

Kristin Linin David Kameronun hakimiyyəti dövründə Britaniyaya ayaq açdığı və onunla isti münasibətinin olduğu yayılan məlumatlar sırasındadır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri