16 
Yan
2022
23:12
146
55
1598
Virtual karabakh

BMT-nin əlaqələndirici üzvünün meyiti Türkiyədə dağ-xizək kurortunda tapılıb

16 Yan, 2022
23:12
1598

BMT-nin əlaqələndirici üzvünün meyiti Türkiyədə dağ-xizək kurortunda tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin meyiti Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Qaziantepdən Kayseriyə xizək sürməyə gələn üç nəfər Erciyes xizək kurortunda Hisarcik Kapı vadisində qar uçqunu altında qalıb.

“Axtarış-xilasetmə qrupları iki nəfəri xilas edib, uçqun altında qalan bir nəfərin axtarışları isə davam edib. Qrupların mənfi 25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan şəxsin meyiti aşkarlanıb. Ölən şəxsin Qaziantepdə BMT-nin əlaqələndirici üzvü kimi çalışmış Kanada vətəndaşı Maykl Krift olduğu məlum olub”, - nəşr yazıb.

Mənbə: “Hürriyet”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri