19 
Yan
2022
21:06
414
64
6498
Virtual karabakh

Türkiyədə son 54 ilin ən güclü qarı: Vətəndaşlar maşınlarını tapmaqda çətinlik çəkdilər - FOTO/VİDEO

19 Yan, 2022
21:06
6498

Türkiyədə son 54 ilin ən güclü qarı: Vətəndaşlar maşınlarını tapmaqda çətinlik çəkdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə güclü qar Karabük vilayətində çətin vəziyyət yaradıb.

Dünən səhər saatlarından başlayan qarın hündürlüyü 40 santimetrə çatıb, park edilmiş avtomobillər isə qarın altında itib.

Səhər işə getmək üçün küçəyə çıxan vətəndaşlar nəqliyyat vasitələrini tanımaqda çətinlik çəkib. İnsanlar belə qar yağmasının ilk dəfə şahidi olduqlarını deyirlər.

Qaziantepdə 0.5 - 1 metrə qədər qar yağıb. Nəqliyyat iflic vəziyyətə düşüb, insanlar saatlarla avtomobillərindən və digər nəqliyyat vasitələrindən çıxa bilməyiblər.

Qeyd edək ki, bölgədə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.

Mənbə: İHA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri